XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 16:36

Dələduzluqda ittiham olunan polkovnik:“Pulu verdiyim MTN polkovniki özünü asdı”

intihar

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 İclasda Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib. Mehriban Abdullayeva heç nədən xəbəri olmadığını deyib. Hakim ondan ərinin işə düzəltmək adı ilə vətəndaşlardan pul almasını bilib-bilməməsini soruşub. Mehriban Abdullayeva ərinin işlərinə qarışmadığını deyib. O, vəkillərin suallarına cavab olaraq bildirib ki, həyat yoldaşı ayda 500 manat maaş alıb. Prokuror təqsirləndirilən Əlövsət Məhərrəmovdan zərərçəkmişlərdən aldığı 670 min manatın harada olmasını soruşub. (APA)

Əlövsət Məhərrəmov isə pulları MTN polkovnikinə verdiyini deyib: “Pulları verdiyim MTN polkovniki özünü asdı”.

 Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.

 Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.