XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2016 - 19:42

Tarif Şurasında Amerika Ticarət Palatasının üzvləri dərman bazarı ilə bağlı görüş keçirib

derman-44.jpg

 Tarif Şurasında Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə ölkədə dərman vasitələri bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı görüş keçirilib.

 Tarif Şurasının verdiyi məlumata görə, görüşdə “AmCham” tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı görülmüş işlərin təqdirəlayiq olduğu vurğulanıb, eyni zamanda bu sahədə həyata keçirilən tədbirlərin dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının və baş verə biləcək neqativ halların qarşısının alınmasına imkan yaratdığı qeyd olunub.

 Həmçinin, məlumat verilib ki, quruma üzv olan şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən bir sıra dərman vasitələri istehsalçıları da təmsil olunur və bu sahədə mövcud vəziyyət, tətbiq olunan yeniliklər periodik görüşlər zamanı müzakirə edilir.

 Öz növbəsində, Tarif Şurasının Katibliyi tərəfindən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı Palata nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verilib, səmərəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi razılaşdırılıb.