XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 20:10

Ermənistanın daha bir pilotsuz apartı məhv edildi –Müdafiə Nazirliyi

aparat02

Dekabrın 12-də Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Bu, gün ərzində Ermənistan ordusunun Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən ikinci pilotsuz uçuş aparatıdır.