XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 Mart 2015 - 12:35

Naxçıvan məktəbliləri Gəncədə – Fotolar

“ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyada iştirak edən Naxçıvan şəhəri, Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonlarının 45 şagirdi ikinci dəfə Gəncəyə gəlib

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə 3 gün davam edəcək səfərdə məktəblilər ilk olaraq Gəncənin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olub, muzeyləri gəziblər.
Onlar Gəncə şəhəri ilə tanışlığa Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksindən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsindən başlayıblar. Məqbərənin qarşısında onları Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, təhsil və mədəniyyət idarələrinin nümayəndələri və KİV nümayəndələri qarşılayıblar.