XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 01:22

Quterreş:"BMT-də islahatlara ehtiyac var"

quterres

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi Antoniu Quterreş bildirib ki, təşkilatın ştatında və büdcəsində islahatlara ehtiyac var.

Bunu o, andiçmə mərasimindən sonra baş katib kimi ilk çıxışı zamanı bildirib.

"Mən demək istəyirəm ki, həm BMT-nin ştatı, həm də onun büdcəsinin islahatlara ehtiyacı var. Onların işi böhran barədə xəbərdarlıq etməkdir, fəsadları aradan qaldırmaq deyil", – deyə A.Quterreş bildirib.

A.Quterreş dekabrın 12-də and içib və rəsmi olaraq BMT-nin baş katibi kimi vəzifəsinin icrasına başlayıb.  (Report)