XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 01:26

Səfir:"İran Rusiya ilə viza rejiminin tam ləğvinə hazırdır"

flag

İran Rusiya ilə viza rejiminin tam aradan qaldırılmasına hazırdır, lakin Rusiya tərəfi, tələsməməyi və əvvəlcə yalnız turistlər üçün vizaların ləğvini təklif edir.

Bunu İranın Moskvadakı səfiri Mehdi Sənai bildirib.

"Viza rejiminin tam ləğvi barədə biz hələ danışıqlar aparmamışıq. Gözlənilir ki, turistlər üçün vizaların ləğvi həyata keçirildikdən sonra, bu proses üzrə başlayacaq. Yeri gəlmişkən, İran tərəfi buna hazırdır, çünki İran bir çox ölkələrlə viza rejimini ləğv etməyi planlaşdırır. Lakin Rusiyalı həmkarlarımız təklif etdiki ki, bu prosesi mərhələ-mərhələ həyata keçirək", – səfir deyib.  (Trend)