XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 02:39

İran və Rusiyadan neft sahəsində əməkdaşlığa dair –Memorandum

flag-russia-and-iran

İran və Rusiya neft sahəsində əməkdaşlığa dair 23 bənddən ibarət memorandum imzalayıblar.

Sənədi Rusiya Energetika nazirinin müavini Kiril Molodtsov və İran Neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə imzalayıblar.

Sənədin müddəaları neft kəşfiyyatı və hasilatı, neft yataqlarının işlənilməsi, neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə əməkdaşlığı əhatə edir. Bununla yanaşı sənəddə qaz tədarükü, tədqiqat işlərinin aparılması, avadanlıq istehsalında texnologiyalardan istifadəsi üzrə əməkdaşlıq məsələləri yer alıb.

Qeyd edək ki, bu gün Tehranda Rusiya Energetika naziri Aleksandr Novak və İranın Rabitə naziri Mahmud Vaezinin sədrliyi ilə Ticarət və iqtisadiyyat əməkdaşlığı üzrə Rusiya-İran daimi komissiyasının növbəti iclası keçiriləcək.  (APA)