XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2016 - 10:39

AMEA-dan İsmayıllıdakı zəlzələ ilə bağlı açıqlama:“Hazırda o zonaya xas olan bir proses gedir"

zelzele

“İsmayıllıda baş vermiş zəlzələlər çox da güclü zəlzələ deyil. Bu, çox güclü olmayan, amma hiss olunan zəlzələdir”.

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli İsmayıllıda baş vermiş zəlzələlərə münasibət bildirərkən deyib.

O bildirib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: “Hazırda o zonaya xas olan bir proses gedir. Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayılı aktiv zonadır”.

Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.

Qeyd edək ki, İsmayıllı rayonunda bir gündə iki zəlzələ baş verib. Zəlzələlər 3 bala qədər hiss olunub.