XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 16:00

Rusiya-İran biznes forumu keçirilir –Müzakirə məsələləri

rusiya-iran

Dekabrın 14-də ilk Rusiya-İran biznes forumu keçiriləcək.

Rusiyanın "Roscongress" Fondu tərəfindən təşkil edilən Forum iki ölkə arasında hökumətlərarası və biznes əlaqələrini asanlaşdırmaq məqsədi daşıyır.

Strateq.az xəbər verir ki, tədbir ticarət və iqtisadi əməkdaşlıq üzrə Rusiya-İran daimi hökumətlərarası komissiyasının 13-cü iclası ilə üst-üstə düşəcək. İclasda enerji və kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığı məsələlərinin müzakirə edəcəyi gözlənilir.

Bu gün isə İranın neft naziri Bijan Zəngənə və Rusiya enerji naziri Aleksandr Novak arasında qapalı görüş olacaq.

M.Rzasoy