Özbəkistanın yeni prezidentinin andiçmə mərasimi dekabrın 14-də Daşkənddə keçiriləcək.
Ölkə parlamentinin hər iki palatasının – Ali Məclis və Senatın birgə iclasında prezident seçilmiş Şavkat Mirziyoyev Özbəkistan xalqına sədaqət andı içəcək.
Bundan sonra o, Mərkəzi Seçki Komissiyasının sədrindən müvafiq şəhadətnamə alacaq.
Strateq.az xəbər verir ki, həmin gün yeni baş nazir də təsdiq olunacaq. Bu, sabiq baş nazirin müavini, gənclər siyasəti, mədəniyyət, informasiya sistemləri və rabitə üzrə müavini Abdullah Aripovdur. Xatırladaq Şavkat Mirziyoev dekabrın 4-də keçirilən seçkilərdə səslərin 88,16 faizini alaraq qalib gəlib.
M.Rzasoy