ABŞ terrorçu PKK-nın Suriyadakı qollarından olan PYD və YPG-yə 7 helikopter stinger silahı göndərib.
Silahla dolu helikopter YPG-nin nəzarəti altında olan Suriyanın Ayn İsa bölgəsində yerə enib. Bu silahdan terrorçu İŞİD-in nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə olunacağı bildirilib. Onların arasında zirehli texnikanı məhv edə biləcək silahlar da var.
Məlumata görə, İŞİD-in əlində helikopter və qırıcı təyyarələr yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın YPG və PYD-yə helikopter və qırıcı təyyarələri vurmaq üçün silah vercəyi barədə məlumat yayılıb. Bu silahlar ABŞ prezidenti uyğun sənədi iumzaladıqdan sonra terrorçu PKK-nın Suriyadakı qollarına verilməli idi. Lakin ölkə prezidenti həmin sənədə imza atmadan stingerlər YPG və PYD-yə təhvil verilib. (Report)