XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 21:03

Heydər Əsədovun qəbul tarixi dəyişdi –Nazirlikdən xəbərdarlıq

heyder esedov

Kənd təsərrüfatı naziri Heydər Əsədovun dekabrın 23-də Göygöl rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Göygöl, Goranboy, Yevlax, Samux və Daşkəsən rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü dekabrın 16-na keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinə (050-224-14-43; 055-224-14-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Strateq.az