XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2015 - 06:03

Ankara meri Bülənt Arınçı istefa verməyə çağırdı

Bülət Arınç kürd çözümü ilə bağlı prezidentlə razılaşmadığını bildirib

Ankara meri Melih Göyçək Türkiyə baş nazirinin müavini Bülənt Arınçı istefa verməyə çağırıb.

Strateq.az Türkiyə KİV-ə isnadən bildirir ki, Bülət Arınç kürd probleminin çözümü ilə bağlı ölkə prezidenti Ərdoğanla razılaşmadığını ifadə edib.

Tükiyə prezidenti ötən həftə bildirmişdi ki, kürd probleminin nizamlanması prosesi üçün monitorinq qrupunun yaradılması üzrə hökumət planını bəyənmir.

Prezident bunu da deyib ki, belə bir qrupun yaradılması barədə məlumatı yoxdur və bu ideyaya müsbət yanaşmır.

Arınçın sözlərinə görə, bu, prezidentin şəxsi mövqeyidir, kürd nizamlanmasına görə isə hökumət sorumludur.

Göyçək Arınçı “paralel dövlət”in maraqlarına uyğun hərəkət etməkdə ittiham edib.

Türkiyədə gülənçiləri bu damğa ilə ittiham edirlər.

Göyçək Twitter mikrobloqunda yazıb: “Okeaın o tayındakı qüvvələr liderimizi məhv etmək, Türkiyəni sabitlikdən, AKP-ni isə hakimiyyətdən məhrum etmək istəyirlər. Onlar bizə içdən zərbə endirdilər. Hədəfə yetmək üçün bütün kozırlardan istifadə edirlər. Əgər Arınç bundan sonra vəzifədən getməsə, vəzifədən götürülməlidir”.

Mer əlavə edib ki, Arınçın bəyanatının hökumətin mövqeyinə dəxli yoxdur və “hamıdan çox baş nazir Əhməd Davudoğlunun qanını qaraldıb”.