XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 10:40

ABŞ admiralı:"Çinlə qarşı-qarşıya gəlməyə hazırıq"

usa-9

Çin Cənub Çin dənizində bəzi ərazilərə iddialarını davam etdirsə, ABŞ onunla qarşı-qarşıya gəlməyə hazırdır.

Bu barədə ABŞ-ın Sakit Okean Hərbi Donanmasının komandanı, admiral Herri Harris bildirib.

“Birgə istifadə olunan ərazinin kiminsə tərəfindən birtərəfli qadada bağlanılmasına imkan verə bilmərik. Biz bacardığımız qədər əməkdaşlıq edəcəyik, lakin lazım olsa, qarşı-qaşıya gəlməyə hazırıq”.

ABŞ admiralın bəyanatının prezident seçkilərində qalib gəlmiş Donald Trampın Tayvan prezidenti ilə telefon danışığından sonra Çinlə gərginləşmiş münasibətləri bir az da gərginləşdirəcəyi gözlənilir.

ABŞ rəsmilərinin iddialarına görə, son 3 il ərzində mübahisəli ərazilərdə liman, təyyarə anqarları və digər infrastruktur inşa edən Çin 1300 hektar ərazini tutub. Həmin ərazilərdə həmçinin 5 trilyon dollar dəyərində təbii ehtiyatların olduğu ehtimal edilir.

Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamın da bu ərazilərə iddiaları var.

Qeyd edək ki, Haaqa Arbitraj Məhkəməsinin ilin əvvəlində çıxardığı qərarla Çinin adıçəkilən ərazilərə irəli sürdüyü iddialarının əsassız olduğunu elan edilib.  (APA)