XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:52

“Nazirlər Kabineti qəbul imtahanlarının ödənişli olması barədə qərar qəbul edəcək”- Məleykə Abbaszadə

Məleykə Abbaszadə

“Azərbaycanda imtahanların ödənişli olması üçün Dövlət İmtahan Mərkəzinin xidmətləri Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Nazirlər Kabineti tərəfindən müvafiq qərar verildikdən sonra yeni xidmətlər ictimaiyyətə açıqlanacaq”.

Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 
DİM Direktorlar Şurasının sədri vurğulayıb ki, imtahanların hansı formada keçirilməsi barədə işçi qrup səviyyəsində müzakirələr daimi aparılır. O deyib ki, iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparıldıqdan sonra müəyyən sənədlər hazırlanaraq Maliyyə Nazirliyinə təqdim edilir, amma bu prosesləri hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır:

“Prezidentin aprel ayında Dövlət İmtahan Mərkəzi ilə bağlı müvafiq fərmanı var idi. Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana əsasən uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Daha sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik. Hazırda Dövlət imtahan Mərkəzi olaraq bununla əlaqədar hökumətin qərarını gözləyirik”.

Strateq.az