XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 17:47

“Azəravtoyol” yolları nəzarətə götürdü, buzlaşma ilə bağlı"qaynar xətt" yaradıldı

Bu gecə və sabah gözlənilən hava şəraiti ilə əlaqədar Bakıda "Azəravtoyol" ASC-nin balansında olan yollarda, küçə və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, daha problemli sahələr nəzarətə götürülüb, öncədən həmin ərazilərə qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.

Bu barədə Trend-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, anoloji tədbirlər respublikanın bütün avtomobil yollarında görülür: "Atılacaq qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə hazır olması şərtdir. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Çünki həmin avtomobillərin hərəkətində problemlərin olması qaçılmazdır. Üstəlik onlar digər avtonəqliyyat vasitələri üçün də maneə törədərək yollarda sıxlığın və tıxacın yaranmasına gətirib çıxaracaqlar.

Belə olduqda isə yollarda yaranan sıxlıq və tıxac səbəbindən qar təmizləyən və duz-qum qarışığı səpən texnikaların da yollarda hərəkətində problemlər yaşanır. Nəticədə yolların vaxtında təmizlənərək hərəkətin fasiləsizliyini təmin etmək mümkün olmur.

Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyyə olunmur.

Bundan başqa respublikanın avtomobil yollarının, xüsusən dağlıq ərazilərdə enişli-yoxuşlu sahələrin və sərt döngələrin kənarlarına öncədən duz-qum qarışığından ibarət ehtiyyatlar toplanıb. Qeyri-sabit hava şəraitində idarə etdiyi avtomobilinin hərəkətinin çətinləşdiyini görən sürücülər, xüsusi maşın-mexanizmin əraziyə cəlb olunmasını gözləmədən sözügedən ehtiyyatlardan istifadə etməklə yollarına davam edə bilərlər".

Qeyd edək ki, avtomobil yollarında yarana biləcək hər-hansı bir problemlə bağlı 24 saat ərzində fəaliyyət göstərən (012) 599-79-75 nömrəli xüsusi telefon xəttinə, “Qaynar xətt”ə zəng edərək məlumat vermək mümkündür.