XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 18:06

Paytaxtda ödənişsiz"Wi-Fi" olacaq

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcək.

Trend-in məlumatına görə, bunu “Caspian European Club”un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, “İctimai Wi-Fi” layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: “Wi-Fi İçərişəhər və Milli dənizkənarı park ərazisində yerləşdiriləcək. Bu layihənin əsas məqsədi insanların kütləvi toplandığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir”.