XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 10:43

SOCAR-ın estakadası uçub dənizə düşdü –1 nəfər həlak olub, 9 nəfər itkin düşüb -RƏSMİ MƏLUMAT

sahdeniz-2

Ötən gecə “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakada uçub dənizə düşüb.

Hadisə zamanı estakadada 10 nəfər işçi olub. İlkin məlumatda bir nəfərin cəsədinin tapıldığı deyilir. Qalan 9 nəfər itkin düşüb. Faktı SOCAR-dan təsdiqləyiblər.

Yaxın vaxtlarda rəsmi açıqlama veriləcək. (teleqraf.com)

***

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar SOCAR rəsmi məlumat yayıb.

Hadisə bu gecə səhər saat 05.00 radələrində baş verib.  

Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçub. 

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.