XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 12:33

SOCAR-da qəza ilə bağlı Qərargah yaradıldı –Jurnalistlər üçün açıqlama veriləcək

SOCAR

N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar "Azneft" İB-də qərargah yaradılıb.

SOCAR-dan verilən məlumata görə, 15.12.16-cı il tarixində N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları:

+994 12 521 11 44
+994 12 521 12 82
+994 50 841 10 62
+994 50 841 12 09

Hadisə ilə əlaqədar 15 dekabr saat 15.00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.

Qeyd edək ki, 15.12.2016-cı il tarixində səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata əsasən, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.