XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 12:40

Dənizdə itkin düşən neftçilərin 6 nəfəri eyni kənddəndir

estekada

Dekabrın 15-də “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 6 nəfəri Hacıqabul rayonunun Atbulaq kəndinin sakinləridir.

Bu haqda  Atbulaq kəndinin icra nümayəndəsi Tahir Güləliyev məlumat verib. (modern.az)

Onun sözlərinə görə, itkin düşən neftçilərdən İlham Qafarov, Qorxmaz Rüstəmov, Cavid Bəhrəmav və adını dəqiqləşdirə bilmədiyi digər 3 nəfər də bu kənddəndir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının  verdiyi məlumata görə, Cavid Bəhrəmovun cəsədi sudan çıxarılıb.