XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2016 - 13:56

Prokurorluqda yeni təyinatlar –Zakir Qaralov əmr imzaladı

zakir-qaralov.jpg

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt hərbi prokuroru Rövşən Əfəndiyev tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəisi, Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi Zöhrab Kazımov tutduğu vəzifədən azad edilərək Sumqayıt hərbi prokuroru, respublika hərbi prokurorunun böyük köməkçisi Səfər Əhmədov isə Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrinə təyin olunublar. (APA)