XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 14:13

UNİCEF Azərbaycanda uşaqlar üçün həbs müddətinin azaldılmasını təkilf edib

usaq-turme

“Azərbaycanda uşaqlar üçün ağır cəzaya görə tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsi yaxşı olardı”.

Bu təkliflə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin bu gün “Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə çıxış edib. E.Karvardin bildirib ki, uşaqların övladlığa götürülməsi üçün göstərilən səylər dəstəklənməlidir. (modern.az)

UNİCEF rəsmisi qeyd edib ki, Azərbaycanda əhali arasında orqanizmdə dəmir çatışmazlığı problemi özünü göstərir: “Azərbaycanda hər 3 qadından birinin dəmir çatışmazlığı problemi var. Ona görə də həm hamilə qadınlar, həm də gənclər arasında sağlamlıqla bağlı müəyyən problemlər özünü göstərir. Uşaqların rifah səviyyəsinin yüksəldilməsi üçün UNİCEF-in gələcəkdə də Azərbaycana dəstək göstərməyə hazırdır”.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir.