XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2016 - 18:46

Azərbaycanın üç ölkədəki səfiri geri çağırılıb –Sərəncam

ilham-eliyev-imzalama

Prezident İlham Əliyev Azər Hüseynin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Rövşən Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri, Mir-Həmzə Əfəndiyev isə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.