XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2016 - 21:43

Qarlı hava Bakıda problemlər yaradıb –Açıqlama + FOTOLAR

qar-masinlar-yol

Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən, bəzi yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.  

Metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyası ərazisindəki yollarda, “20 yanvar” avtomobil dairəsində,  Bayıl istiqamətində, Bayraq meydanından paytaxtın mərkəzinə doğru gələn hissədə, Balaxanı, Zığ və digər yollarda problemlər yaranıb. Vətəndaşlar sosial şəbəkələrdə yolların buz bağlamağa başladığını bildirirlər. 

Bundan əvvəl Bakı Nəqliyyat Agentliyindən APA-ya hava şəraiti ilə bağlı yollarda sürət həddinin aşağı endirildiyi bildirilmişdi.

Məlumata görə, nəqliyyat vasitələrinin  təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 kilometr saat həcmində aşağı endirilib.   

Bundan əvvəl yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.