XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2016 - 22:46

Rusiya və İranın səfirləri Britaniya XİN-ə çağırılıb –Hələbdəki vəziyyətlə bağlı

gb

 Rusiya və İranın Böyük Britaniyadakı səfirləri Suriyanın Hələb şəhərində hazırkı vəziyyətlə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə öz "Twitter" səhifəsində Britaniyanın xarici işlər naziri Boris Conson yazıb.

"Mən indicə Rusiya və İranın səfirlərini çağırıb, onlara Hələb ilə bağlı dərin narahatlığımı ifadə etdim. Dinc sakinləri müdafiə etmək və onlara yardım göndərmək son dərəcə vacibdir", – deyə Conson bildirib.  (Report)