XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 02:37

Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclası keçirilib –Hərbi-texniki əməkdaşlıq üzrə

h

Hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclası keçirilib.

Bu barədə ötən gün jurnalistlərə Rusiya Federasiyası hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin mətbuat xidmətindən bildirilib.     

“İclas zamanı Rusiya nümayəndə heyətinə Federal Xidmətin direktor müavini M.V.Petuxov, Türkiyə nümayəndə heyətinə isə Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Aparatının rəisi İsmayıl Dəmir rəhbərlik ediblər”, – deyə açıqlamada bildirilir.  

Məlumata görə, hərbi-texniki məsələlər və müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının XII iclası dekabrın 12-dən 14-dək keçirilib.

İclasın yekunlarına dair protokol imzalanıb.

Sənədin məzmunu açıqlanmır.  (APA)