XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 10:12

Fövqəladə Hallar Nazirliyi:"Üç helikopter və gəmilərlə axtarış davam edir"

FHN 1234

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən hadisə ilə bağlı növbəti məlumat yayıb.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, dekabrın 15-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir.

Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.