XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 12:46

Kəmaləddin Heydərovla Rövnəq Abdullayev qəza yerində –Rəsmi açıqlama

kemaleddin-rovneq

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerinə gediblər.

Bu haqda Modern.az-a FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.

Hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.

Xatırladaq ki, dekabrın 15-də Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində 10 nəfər neftçi itkin düşüb. Onlardan 2-sinin meyiti sudan tapılıb.