XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2016 - 13:28

Yağış, sulu qar, qar yağacaq, yollar buz bağlayacaq –Sabahın hava proqnozu

qar-masinlar-yol

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən, yağmursuz, səhər zəif dumanlı və çiskinli olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək olacaq – 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.