XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 21:26

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi buz bağlayıb –FOTOLAR

qar-samaxi-baki

Gecə saatlarından Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsi buz bağlayıb.

Strateq.az ARB Şəki-yə istinadən xəbər verir ki, şəhərin bir neçə küçəsində avtomobillər çətinliklə hərəkət edib. Qar, əsasən, magistral yollara və rayonun bir neçə dağ kəndlərinə gedən yola ciddi təsir edib. Şamaxı-Ağsu dolaylarını buz bağlaması səbəbindən bəzi sürücülər yolda qalıb.

Artıq iki gündür ki, Şamaxı-Pirqulu yolunda da qar səbəbindən hərəkət çətinləşib. Şamaxının Pirbəhli və Zaratxeybər kəndlərinə bir neçə saatlıq avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yol qardan təmizləndikdən sonra hərəkət yenidən bərpa edilib. Səhər saatlarından etibarən yollar əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə təmizlənib, qum-duz qarışığı tökülüb.

Avtomobillərin hərəkətini təmin etmək məqsədilə gecədən etibarən növbəli şəkildə yollar nəzarətdə saxlanılır. Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir.