XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2016 - 22:59

Xəzərdə 9 neftçinin axtarışı nəticə vermir… –SOCAR-dan son xəbər

butka-neft

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.

SOCAR xəbər verir ki, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib.

Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Axtarış işləri davam etdirilir.