XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2016 - 23:52

Azərbaycanda internet bahalaşır? –Rəsmi açıqlama

internet_22

"Azərbaycanda elektrik enerjisi üzrə ödəniş sisteminin dəyişməsi internet tariflərində əks olunmayacaq".

Bunu Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, istehlakçılara xidmət göstərilərkən internet provayderlər elektrik enerjisindən çox istifadə etmir.

Q.Qurbanov deyib: “Ona görə, elektrik enerjisi tariflərinin artması ilə internet və ya digər telekommunikasiya xidmətləri tariflərini birbaşa əlaqələndirmək düzgün olmazdı”.

Trend