XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 08:59

Tramp Azərbaycan, Gürcüstan və digər ölkələrdə mehmanxana tikintisi planlarını ləğv edib –Səbəb

tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş direktoru olduğu "The Trump Organization" Azərbaycanda mehmanxana tikintisi üzrə sazişi ləğv edib və Gürcüstandkıa layihə barəsində analoji addım planlaşdırır.

Bu barədə "Associated Press" xəbər verib.

Agentliyin məlumatına görə, Tramp şirkətinin belə addımı onun tezliklə prezident kimi yüksək vəzifənin icrasına başlaması ilə bağlıdır.

Milyarderin hər iki xarici layihəsi siyasi fiqurlarla bağlıdır və prezident reputasiyasına mənfi təsir edə bilər.

"The Trump Organization" həmçinin bu həftə Braziliyada mehmanxana tikintisi üzrə sazişi də ləğv ediv. Tramp bundan əvvəl isə Səudiyyə Ərəbistanındakı şəxsi şirkətlərini bağlayıb.  (Report)