XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 12:06

Qar yağacaq- Sabahın hava proqnozu

qar-lerik

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 2°şaxtadan 1°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütünu, nisbi rütubət gecə 85-95 %, gündüz 50-55% təşkil edəcək.

Dekabrın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.