XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 13:05

İtkin düşən neftçilərinyaşayış bloku tapılıb

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli neft yığım məntəqəsində baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı hadisə baş verən ərazinin yaxınlığında suyun dibində yaşayış bloku tapılıb.

Bu barədə  “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində, bəzi parçaları qırıq vəziyyətdə olan itkin düşmüş neftçilərin yaşayış bloku aşkar edilib.

Dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış blokunda yoxdur. Axtarış işləri davam etdirilir.

Xatırladaq ki, dünən dənizin dibində aşkar edilmiş soyunub-geyinmə budkası sudan çıxarılıb.