XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 16:23

“Qəbələ” “Kəpəz”iməğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. "Report"un məlumatına görə, ilk dövrənin son turunun ilk oyununda "Qəbələ" "Kəpəz"i qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hər 3 qol penaltidən vurulub. İlk yarıda "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç hesabı açıb. İkinci hissədə Dario Frederikonun meydana daxil olmasından sonra fəallaşan "Kəpəz" məhz braziliyalı hücumçunun sayəsində penalti qazanıb. Tural Axundov bu fürsəti qaçırmayıb. Amma oyunun sonlarında "Qəbələ" yenidən penalti qazanıb. Bu epizodda əllə oynayan Renan Silva qırmızı vərəqə alaraq meydandan qovulub. Ruslan Qurbanov isə imkanı əldən verməyib.

Qələbə "Qəbələ"yə 4 futbolçusunun zədələnməsi bahasına başa gəlib. İlk yarıda Elvin Camalov, fasilədə Vitali Vernidub, ikinci hissədə Filip Ozobiç və Roman Hüseynov əvəzlənməli olub. Hətta Hüseynov oyunu xərəkdə tərk edərək təcili yardım maşınına mindirilib.

Qeyd edək ki, bu qələbə sayəsində "Qəbələ" xallarını 31-ə çatdıraraq "Qarabağ"ı şəxsi oyunlarda keçib. Lakin Ağdam təmsilçisi bu gün "İnter"dən xal alsa, yenidən liderliyini özünə qaytaracaq.