XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2016 - 16:48

Prezident İlham Əliyev Qətər Dövlətinin əmirini təbrik edib –Milli Bayramla bağlı

ilham

 Azərbaycan Respublikasının PrezidentiI İlham ƏliyevQətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:  

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".