XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2016 - 17:58

İtkin düşən neftçilərin axtarıştrayektoriyası genişləndirilib

İtkin düşən neftçilərin axtarış trayektoriyası genişləndirilib.

Bu barədə Azərtac-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, Səngəçal, Xərə-Zirə, Ələt, Duvannı ərazilərindən başqa küləyin əsdiyi istiqamətdə – Bulla-dəniz istiqamətində də axtarışlara başlanılıb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və 6 iri gəmi vasitəsilə axtarış aparılır. Hava şəraitindən asılı olaraq günorta saatlarında bu prosesə dalğıclarda cəlb olunub.