XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 18:45

AZAL bu mövsüm Premyer Liqadailk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, "Sumqayıt" "Zirə"ni, "Neftçi" isə AZAL-ı qəbul edib.

Hər iki oyunun taleyini bir qol həll edib. Sumqayıtdakı qarşılaşmada meydan sahibləri Mirabdulla Abbasovun 15-ci dəqiqədə vurduğu qolla qalib gəlib. Bununla da Samir Abasovun komandası 17 xalla 4-cü pilləyə yüksəlib. Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da isə qonaqları 79-cu dəqiqədə David Canelidze sevindirib. Nəticədə Premyer Liqanın ilk dövrəsindən sonra qələbəsiz komanda qalmayıb. Lakin 8 xala malik AZAL sonuncu pillədən qurtula bilməyib.

Turun ilk oyununda isə "Qəbələ" "Kəpəz"i məğlub edib – 2:1. Son oyun hazırda "Qarabağ"la "İnter" arasında keçirilir. Birinci hissədən sonra hesab açılmayıb – 0:0.
Azərbaycan Premyer Liqası, XIV tur
17 dekabr
14:00. "Qəbələ" – "Kəpəz" – 2:1
Qol: Filip Ozobiç, 23-penalti ilə. Ruslan Qurbanov, 84-penalti ilə – Tural Axundov, 78-penalti ilə
Qırmızı vərəqə: Renan Silva, 83 ("Kəpəz")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
16:00. "Sumqayıt" – "Zirə" – 1:0
Qol: Mirabdulla Abbasov, 15
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena"
16:00. "Neftçi" – AZAL – 0:1
Qol: David Canalidze, 80
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Dalğa Arena"