XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 19:15

Sergey Şoyqu və Hakan Fidan Hələbdəki vəziyyəti müzakirə ediblər

soyqu

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəisi Hakan Fidan arasında telefon danışığı olub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Suriyanın Hələb şəhərindəki vəziyyət barədə fikir mübadiləsi aparılıb. Suriyaərazisində hərbi və humanitar vəziyyətin normallaşması və atəşkəs rejiminin təmin olunması üçün şəraitin yaradılmasıilə bağlı konkret addımların atılması müzakirə olunub.

S. Şoyqu Hakan Fidana Kayseri şəhərində baş verən terror aktı ilə bağlı başsağlığı da verib.

Rusiya MN S. Şoyqunun suriyalı və iranlı həmkarları Fahed Casem əl-Frec və Hüseyn Dehqan ilə də telefon danışığı apardığı haqqında məlumat da yayıb. Telefon danışıqlarının müzakirə mövzusu Hələbdəki, ümumilikdə Suriyadakı vəziyyət olub.  (APA)