XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2016 - 19:54

“Samsung Pay” xidmətini bütün “Samsung”smartfonları dəstəkləyəcək

Yaxın zamanlarda “Samsung Pay” xidməti demək olar ki, şirkətin istehsal etdiyi bütün smartfonlarda mövcud olacaq.

Azərtac xəbər verir ki, bu barədə “The Korea Herald” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nüfuzlu informasiya agentliyinin məlumatına əsasən, hazırda xidmətin sınaqları başa çatıb və yaxın zamanlarda geniş auditoriya üçün əlçatan olacaq.

Qeyd edək ki, hazırda ödəniş xidmətindən yalnız müəyyən smartfon modellərinin istifadəçiləri yararlana bilər. Ancaq yaxın zamanlarda vəziyyət dəyişəcək və “Samsung Pay” xidmətini demək olar ki, “Samsung” korporasiyasının bütün cihazları dəstəkləyəcək.

İlkin məlumatlara görə, xidmətin tam olaraq tətbiqinə artıq 2017-ci ilin yanvar ayında başlanacaq.