Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru İran Atom Enerjisi Təşkilatı sədrinin dəvəti üzrə dekabrın 18-də Tehrana gələcək.
Strateq.az xəbər verir ki, MAQATE-nin baş direktoru Yukio Amano İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salihinin dəvəti ilə bu ölkədə İranın bəzi digər rəsmiləri ilə də danışıqlar aparacaq.
Y.Amanonun İrana son səfəri 2016-cı ilin yanvarında olub. Həmin ərəfədə "5+-1" formatlı nüvə sazişi imzalanmışdı.
M.Rzasoy