XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 12:36

Sabaha qar gözlənilir –- Həftənin ilk iş gününə olan hava proqnozu

qar-hava

Dekabrın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.