XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 13:39

FİFA Rusiya baş nazirinin müavini ilə bağlı təhqiqata başlayıb –Səbəb

mutko

FİFA-nın Etika üzrə komitəsinin İstintaq Palatası Rusiya baş nazirinin müavini və  Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko ilə bağlı ilkin təhqiqata başlayıb.

FİFA V. Mutkonun rusiyalı idmançıların, xüsusən futbolçuların dopinqdən  istifadəsi hallarının gizlədilməsində rolunu araşdırır.  

Əgər V. Mutkonun idmançıların dopinqdən istifadəsi hallarını gizlətməsinə  dair sübutlar tapılarsa, o, futbola bağlı istənilən fəaliyyətdən uzaqlaşdırılacaq. Eyni zamanda 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatının başqa ölkədə keçirilməsi gündəmə gələ bilər.  (APA)