XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2016 - 14:00

Rusiya, Türkiyə və İran Xarici İşlər nazirləri –Suriya ilə bağlı görüş keçirəcək

lavrov

Dekabrın 20-də Rusiya, Türkiyə və İran xarici işlər nazirlər arasında Suriya böhranı ilə bağlı görüş keçirilə bilər.

Bu barədə razılıq Rusiya xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Məhəmməd Cavad Zərifi ilə telefon danışığında əldə edilib.

Görüş Suriyada proseslərin sürətli inkişafı nəzərə alınaraq zəruri sayılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Astanada Suriya ilə bağlı görüşün keçirilməsi barədə müzakirə aparıb.  (APA)