XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2016 - 16:36

İran, Rusiya və Türkiyə XIN rəhbərlərinin Moskva görüşününvaxtı dəyişdirilib

3luk

İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Moskva görüşünün vaxtı dəyişdirilib.

İran mətbuatının yazdığına görə bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Serqey Lavrov və türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə telefon əlaqəsi saxlayaraq Suriyanın Hələb şəhərində baş verən hadisələri müzakirə etmək üçün üçtərəfli görüşün keçirilməsini təklif edib. Tərəflər təklifi qəbul edib və dekabrın 27-də Moskvada görüşmək haqqında razılıq əldə olunub.

Lakin hadisələrin sürətli inkişafı görüşün tezləşdirilməsi ehtiyacını yaradıb. M.C. Zərif yenidən həmkarlarına zəng edərək görüşün dekabrın 27-dən 20-nə keçirilməsini istəyib. Tərəflər bu barədə də razılıq əldə ediblər.

Qeyd edək ki, Suriya böhranı ilə əlaqədar son iki gündə İran və Türkiyənin xarici işlər nazirləri arasında bir neçə dəfə olduqca gərgin telefon danışıqları aparılıb.

Xatırladaq ki, Hələb şəhərinin üsyançılardan azad edilməsi üçün onun bombardmana məruz qalması humanitar fəlakət yaradıb. Dağıdılmış şəhərdə qalan insanlar ən adi tibbi xidmətdən də məhrum olublar. Bombardmanlar kütləvi şəkildə qadın və uşaqların ölümü ilə nəticələnib.  (Azərtac)