XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 11:36

Əfqanıstan səfiri:""Asiyanın ürəyi"nə görə Azərbaycana minnətdarıq"

s%c9%99fir-%c9%99fqan

"Azərbaycanın "Asiyanın ürəyi" prosesində (İstanbul prosesi) mühüm rolu bu ölkənin Əfqanıstanda sülh və sabitliyin bərqərar olması məsələsinə sadiqliyinin tam aydın göstəricisidir".

Bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili 2017-ci ildə bu proses çərçivəsində Azərbaycanın həmsədr olması və gələn il Bakıda nazirlər səviyyəsində konfransın keçirilməsi qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkə arasında regional problemlər və məsələlər üzrə qarşılıqlı anlaşma mövcuddur və bununla əlaqədar rəsmi Bakı və Kabul problemləri həll etmək üçün güclərini birləşdirir.

"Azərbaycan hökumətinə həmsədrlik təşəbbüsünə və 2017-ci ildə "Asiyanın ürəyi" konfransına ev sahibliyi etmək qərarına görə, minnətdarıq", – səfir bildirib.  (Report)