XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 14:06

AMEA-nın kolleksiyasında qədim erməni dilində olan 881 nüsxəlik mənbə var –Əski dili oxumaq üçün mütəxəssis lazımdır

ermeni-elyaz

 “Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasında əski erməni dilində olan 881 nüsxədə  mənbə var”.

Strateq.az  Azərtac-a istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kolleksiyanın ilkin təqdimatında çıxış zamanı  kitabxananın direktoru Leyla İmanova deyib.

L.İmanova kolleksiyadakı əski erməni dilində olan 881 nüsxə ədəbiyyatın araşdırılması üçün bu sahə üzrə mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğulayıb: “Tarixi həqiqətlərin, ərazimizə aid Azərbaycanın mənafeyini əks etdirən tarixi faktların məhz erməni mənbələrindən tapılması Azərbaycanın xeyrinə güclü təsdiqləyici vasitə olardı”.

L.İmanova bildirib ki, Tarix Muzeyinin MEK-ə hədiyyə etdiyi zəngin kolleksiyanın geniş ictimai təqdimatının 2017-ci ilin martında AMEA-nın Tarix, Şərqşünaslıq və digər institutlarının, səfirliklərin iştirakı ilə keçirilməsi planlaşdırılır.

Sonra MEK-in əməkdaşı Mehri Həsənli mövzu ilə bağlı təqdimatla çıxış edib. Məlumat verilib ki, ötən il Tarix Muzeyi tərəfindən 4 min 598 kitab hədiyyə olunub. Muzeyin kolleksiyasına rus, şərq və əski erməni dilində olan mənbələr daxildir. Xarici dildə olan ədəbiyyatdan 2050 kitab işlənilməli və elektron kataloqa salınmalıdır.

Təqdimat iştirakçıları bu tipli tədbirlərin keçirilməsinin tədqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Tədbirin keçirilməsinin məqsədi mühafizə edilən qədim tarixi kitablar barədə məlumatı geniş ictimaiyyətə çatdırmaqdır.