XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 16:50

Nazarbayev Qazaxıstan parlamentinin azərbaycanlı deputatını təltif edib

meherrem-44

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin parlamentinin azərbaycanlı deputatı Məhərrəm Məhərrəmovu təltif edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Qazaxıstan parlamentinin azərbaycanlı deputatı M. Məhərrəmov N. Nazarbayevin fərmanına əsasən, “Əmək fəaliyyətində fərqlənməyə” görə və “Qazaxıstan Respublikasının 25 illiyi” ilə bağlı yubiley medalları ilə təltif edilib.

Qeyd edək ki, babaları 1937-ci ildə Azərbaycandan Qazaxıstana sürgün edilən M. Məhərrəmov Qazaxıstanın Taldıkurqan şəhərinin Koksu rayonunda doğulub. Bu il keçirilən parlament seçkilərində qalib gələn 45 yaşlı M. Məhərrəmov Parlament Məclisində təmsil olunan ilk azərbaycanlı deputatdır.   (APA)