XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 18:49

İrkutskda fövqəladə vəziyyət elan olundu –Səbəb

mvd

İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

İctimai Palatada isə müvəqqəti olaraq "Yemişan" məhlulunun satışının qadağan edilməsi barədə fikir səsləndirilib.

İrkutsk Daxili İşlər İdarəsinin məlumatına görə, şəhərdə kütləvi zəhərlənmə faktı ilə bağlı polis tərəfindən daha 5 nəfər saxlanılıb. Qeyd edək ki, öncə 2 nəfərin saxlanılması barədə xəbər verilmişdi.

Şəhər meriyası fövqəladə vəziyyət boyunca spirt tərkibli məişət və gigiyenik vasitələrin satışını qadağan edib.  (Trend)